Koronavirusun yaratdığı demoqrafik böhran

69

Covid-19 dünyada və Azərbaycanda əhalinin demoqrafik göstəricisinə necə təsir edəcək…

Keçən ilin payızından başlayan Covid-19 pandemiyası dünyada həyatı təbii axarından çıxardı və iqtisadiyyatdan tutmuş, demoqrafiyaya qədər, bütün sahələrə nüfuz etdi. Dünya əhalisinin demoqrafiyası heç bir tarixi dövrdə sabit qalmamış, hər zaman dəyişikliyə məruz qalmışdır. Kapitalizmdən əvvəlki dövrdə dünya əhalisinin sayı çox yavaş artırdı. Bu hadisə daha çox aramsız müharibələr, epidemiyalar, insanların həyat səviyyəsinin aşağı olması ilə bağlıdır.

2008-ci il böhranı ilə müqayisədə Avropa indiki böhrana daha hazırlıqlı və güclü cəhətlərə sahibdir. İlk öncə, bank sektoru daha yaxşı kapitallaşdırılıb və daha likviddir, törəmə bazarlar daha şəffafdır. Daha əhəmiyyətlisi, Avropa Mərkəzi Bankı (AMB) yenidənqurma proqramı ilə əlaqəli potensial olaraq limitsiz suveren istiqrazları satın alaraq üzv dövlətə kömək edə bilər. Digər tərəfdən, Avropa ölkələri bu kimi fövqəl hala hazır olmayan büdcəyə sahibdir. Yeddi illik dövr üçün ayrılmış büdcənin adekvatlığı problemlidir: əvvəlcədən yüklənməyə, şərti borc götürməklə (frontloading), xərcləmə prioritetlərini yenidən bölüşdürməyə daha az imkan mövcuddur. Qanuna görə iqtisadiyyat yalnız pul dövriyyə etdikdə mexanizm fəaliyyət göstərməyə davam edir. Tək bir yerdə axınının kəsilməsi artıq bütün iqtisadi mexanizmdə yavaşlamaya səbəb olur. Bu axının pozulması isə bir neçə tip iqtisadi şok yarada bilər. Hansı ki, pandemiya artıq bir neçə istiqamətdə bu kimi şoklarla təsir etməyə başlayıb.

Pandemiya da artıq bir neçə istiqamətdə bu kimi şoklarla təsir etməyə başlayıb. Belə ki, insanların əməkhaqqları ödənilmədiyi, gəlir məbələri olmadığı halda maliyyə çətinlikləri, hətta iflasla üzləşmələri baş verir. Bu vəziyyət xüsusilə ABŞ-a – tibbi borcların iflasın əsas mənbəyi olduğu bir ölkəyə aid edilir (Debt. Org 2020). İşçilər iş yerlərini itirdikdə, işsizlik sığortası və ya digər gəlir dəstəyi alsalar da, təxirə salınabilən xərclərini azaldırlar. Nəticədə, xərclərin səviyyəsinin azalması ev təsərrüfatlarından dövlətə və özəl sektora pul axınına mane olur. Bundan başqa, daxili tələbə birbaşa təsir etməsə də, ölkənin xarici gəlirləri və nəticədə ixrac xərcləri zəifləyir. Həmçinin tələbin azalması və ya birbaşa tədarük şokları (azalma) beynəlxalq və daxili tədarük zəncirinin qırılmasına səbəb olur. Hər ikisi istehsalın azalması ilə nəticələnir. Pandemiyanın təsirindən bir çox biznes müəssisələrinin iflasa uğraması halları başlayıb və proses hələ bir müddət davam edəcək. Son illərdə bir çox müəssisə borclanma səviyyəsini artırıb. Belə ki, 2008-ci il böhranından sonra Mərkəzi Banklar iqtisadiyyatı stimullaşdırmaq üçün faiz dərəcələrini aşağı tutaraq böyük miqdarda likvidliyi təmin etməyə davam etdilər. Bu siyasətin mənfi təsiri yüksək borclanma səviyyəsinin müşahidə edilməsi ilə yadda qaldı. Hesab olunur ki, pandemiya 2021-ci ilin yayın sonuna qədər davam etsə, onda böhranvəziyyəti əsasən 4 mərhələdə olacaq:

  1. Çin şoku (yanvar-mart). Çin səhiyyə böhranının yan təsirləri əsasən qlobal istehsal dəyər zəncirlərində özünü göstərir. Təchizatdakı çatışmazlıq bəzi istehsalçılara və məhsullara xasdır. Lakin makro effekti azdır. Çünki nəqliyyat avadanlığı, elektronika, aptek, tekstil kimi sahələr ən çox təsirlənən sektorlardır. OECD-nin məlumatlarına əsasən bu sahələr ÜDM-in cəmi 4% -ni (Almaniya üçün daha çox) təşkil edir.
  2. Sektoral maneələr (fevral ayından başlayaraq). Əsasən turizm, hava nəqliyyatı, otel və əyləncəyə təsir edən sektoral və regional tələbin sarsılması ilə müşahidə olunur. Bu nisbətən daha ağır bir şokdur, amma yenə də təsirlənən sektorlar ümumilikdə nisbətən kiçik makroiqtisadi paya sahibdir. Restoranlar da daxil olmaqla ÜDM-in 5%-i həcmində itkiyə səbəb ola bilər.
  3. İnfeksiyanın yayılmasının qarşısını almaq üçün görülən tədbirlər nəticəsində kumulyativ tədarük şoku tələbin və iqtisadi dinamikliyin azalmasına səbəb olur. Geniş miqyaslı məhdudiyyət siyasəti tədbirləri istər-istəməz əmək fəaliyyətinin azalması, biznes sektorunun zəifləməsi, maliyyə şoklarının (fond bazarları, kredit standartları) və ictimai istehlakın azalması böyük iqtisadi ziyana səbəb olur.
  4. İqtisadiyyatın bərpası may və ya iyun aylarında başlayacaq. Kəskin geridönüş ehtimalı var. Ancaq xidmət sektorundakı itirilmiş korporativ gəlir, KOS-ların iflası və banklarda işləməyən kreditlərin yığılmasının səbəb olduğu kredit məhdudiyyətləri, ev təsərrüfatlarının əmanətlərinin yenidən bərpası kimi amillər tibbi şokun törətdiyi böhranlı vəziyyətdən sonra əvvəlki hala qayıtmağı çətinləşdirir.

Təhlillərdən göründüyü kimi, hazırda bir çox ölkələr ən yaxşı halda 3-cü mərhələdə hesab oluna bilər. Bu halda isə müxtəlif səbəblərdən miqyaslı və təcili dəstək tədbirlərin görülməsi zəruridir. Birincisi, səhiyyə xidmətlərinə (müvəqqəti qurğular, avadanlıqlar, işə götürmə, tibb işçiləri üçün artıq iş saatları) və əlaqədar faktorlara (təhlükəsizlik, karantin rejiminə əməl olunması tədbirlərinin idarəedilməsivə s.) çəkilən xərclər əhəmiyyətli dərəcədə artırılmalıdır. Məbləği birdəfəlik müəyyən etmək mürəkkəb olsa da, hesablamalara əsasən bu kimi xərclər illik ÜDM-in on faizinə qədər artırıla bilər. Növbəti mərhələdə, xidmət sahələri və sahibkarların fəaliyyətinin dəstəklənməsi qeyd oluna bilər. KOS-lar bu mərhələdə iflasın qarşısını almaq üçün əlavə olaraq vergi güzəştləri və güzəştli kredit xətti, qrantlar şəklində ciddi maliyyə dəstəyinə ehtiyac duyacaqlar. Həmçinin, ev təsərrüfatlarına ödənişlərdən azadolma və ya nağd ödəniş transferləri (Honk Konq və Sinqapurda elan olunduğu kimi) işçilərə birbaşa əmək haqqlarının ödənilməsi kimi alternativlərlə dəstək olmaq mümkündür.

İtaliya ÜDM-in 0,6%-i həcmində təcili dəstək proqramını elan edib. Maliyyə sabitləşdiriciləri ilə birlikdə belə bir fəaliyyət planının tədiyyə balansında ÜDM-ə 2%-ə yaxın qısamüddətli ziyan verəcəyi gözlənilir. Lakin bu rəqəm belə özlüyündə həssas Avropa ölkələrinin fiskal potensialının sınaqdan keçirmək üçün kifayət qədər böyükdür. Digər tərəfdən, Asiya İnkişaf Bankının (ADB) məlumatına görə, koronavirus pandemiyasının verəcəyi ziyan xəstəliyin Avropa, ABŞ və digər böyük iqtisadiyyatlara yayılmasından asılı olaraq 4,1 trilyon dollar və ya qlobal ÜDM-in demək olar ki, 5% -ni təşkil edə bilər. ADB-nin baş iqtisadçısı Yasuyuki Sawada müsahibəsində deyib ki, Covid-19 pandemiyasının əhatə miyqasını heç kəs təxmin edə bilməz, bu səbəbdən yayılan məhdudlaşdırma siyasəti hazırda proqnozlaşdırıldığından daha uzun çəkə bilər. Belə olduğu təqdirdə, kəskin fiskal qeyri-sabitlik və maliyyə böhranları qaçılmaz ola bilər. Lakin mütəxəssislərin ehtimalına görə, əgər virus 3-6 ay müddətində bitərsə, o zaman iqtisadi bərpa da daha sürətli şəkildə gedə bilər.

Ümumilikdə, maliyyə sisteminin ən həssas hissəsi olan banklar 2008-ci ildəkindən daha yaxşı vəziyyətdə olsalar da maliyyə sisteminə fokuslanan istənilən siyasi addım tənəzzülə uğraya bilər. Çünki hazırki vəziyyət yalnız maliyyə sektoru ilə bağlı deyil. 2020-ci ildə dünya iqtisadiyyatında müşahidə edilən şok tamamilə fərqlidir, məhdudlaşdırma siyasəti istehsaldan tutmuş xidmətə qədər bir çox sahəni əhatə edərək ciddi şəkildə maneə törədir. Bu səbəbdən, COVID-19-un iqtisadi nəticəsi, 2007-2009-cu illərdən daha pis görünür, çünki bu qədər qısa müddətdə iqtisadiyyatın belə sürətli çökməsi baş verir. Hətta altı ay ərzində müəyyən məqbul səviyyədə gəlir əldə olunsa belə, bəzi firmaların iflasının işsizlikdən tutmuş bank balansındakı mənfi borclara qədər bir çox problemlərə yol açacağı ehtimal olunur. COVID-19 böhranın dağıdıcı iqtisadi və tibbi şokunu nəzərə alaraq , indi əsas prinsip insanların sosial təminatını diqqətə almaqdır. Burada fərdi və korporativ iflas hallarının sayını azaltmaq, insanların işləməmələrinə baxmayaraq pul xərcləmələrini davam etdirmələrini əsas götürmək lazımdır. Yəni insanların dolanmasına kömək etmək lazımdır.

Hazırladı: Ülviyyə ŞÜKÜROVA