Koronavirusun ev şəraitində müalicəsi – Tanınmış həkimdən ƏTRAFLI TƏLİMAT / VİDEO

234

Koronavirus əksər hallarda xəstəxanada deyil, ev şəraitində müalicə olunur. Tanınmış həkim-kardiolon professor Simon Matskeplişvili “Jit zdorovo” televerilişində koronavirusun ev şəraitində müalicəsi ilə bağlı ətraflı məlumat verib.

Həkim bildirib ki, xəstənin qızdırması 38-38,5 C qədər qalxanda parasetamol və ya ibuprofen qəbul etmək lazımdır. İbuprofen həm də koronavirusa xas olan əzələ ağrılarını azaldır.

Yüksək qızdırma zamanı insan çoxlu maye itirir və nəticədə qan qatılarır ki, bu da damarlarda trombların əmələ gəlməsinin riskini artırır. Həmçinin koronavirusun özü də qanın laxtalanma sisteminə təsir edərək qanın qatılaşmasına səbəb olur. Həkim qeyd edib ki, bunları nəzərə alaraq koronavirus xəstəsi mütləq qəbul etdiyi mayenin miqdarını artırmalıdır.

Xəstədə öskürək varsa öskürək əleyhinə dərman qəbul etmək lazımdır. Həkim “bromqeksin” preparatının qəbulunu tövsiyə edib. O bildirib ki, araşdırmaların nəticələrinə görə, bromqeksin həmçinin virusun hüceyrələrə daxil olmasına mane olur.

Əgər xəstəyə bundan əvvəl təzyiqi salan, qanı duruldan (antikoaqulyant) və (və ya) statin (xolesterini salan dərmanlar) kimi preparatlar təyin olunubsa, xəstə mütləq onların qəbulunu davam etməlidir. Bu koronavirusun ağır fəsadların inkişafına mmane olacaq.

Risk qrupuna daxil olan insanlar (65 yaşdan yuxarı şəxslər, hipertoniya, şəkərli diabet, xərçəng, ürək, böyrək, qaraciyər xəstəlikləri olan, piylənmədən əziyyət çəkənlər) həkimin təyini ilə (!) qanı duruldan preparatlardan birini qəbul etməlidir.

Və sonda həkim bildirib ki, xəstə mütləq nəfəsalma gimnastikasını etməlidir. Ən yaxşı belə üsul – gün ərzində bir neçə dəfə qarın üstə uzanmaq və qarınla nəfəs almaqdır. \\\\Saglamolun