Koronaviruslu insanları aşkar etmək üçün itlərə TƏLİM KEÇİRİLDİ

87

Alman ordusu koronavirus (COVID-19) infeksiyası olan insanları aşkar etmək üçün itlərə təlim keçir.

Alman Silahlı Qüvvələrindən  verilən məlumata görə, Hannover Universiteti Baytarlıq Fakültəsi (TiHo) və Ulmen Vulkaneifeldəki təlim mərkəzində həyata keçirilən ortaq layihə ilə yoluxmuş insanları müəyyənləşdirmək üçün itlərin təliminə başladığı bildirilib.

Məlumatda, layihənin köpəklərin dərmanların və qoxunun molekulyar tərkibindən xəstəlikləri aşkar etmək qabiliyyətinə əsaslandığı  qeyd olunub.

Təlim olunan 10 köpəyin Alman çoban itləri, İngilis “Cocker Spaniels” və “Retrhibers”  cinsindən olduğu öyrənilib.  \\Modern