Koronavirusdan sağalanların sayı 100 min nəfəri keçdi

21

Hurriyyet.org xəbər verir ki, yeni tipli koronavirusdan sağalanların sayı 100 min nəfəri keçib.

Açıq şəkildə paylaşılan məlumatlara görə, bu gün səhər Kovid-19 virusundan sağalanların statistikası artıq altırəqəmli ədədlərlə işarə edilir: hazırda xəstəliyə yoluxmuş 349 211 nəfərdən 100 165 nəfərinin sağaldığı bildirilir.

Sağalma üzrə ən yaxşı göstəricilər üzrə birincilik əvvəlki kimi Çinə məxsusdur: orada 81 496 nəfər xəstədən 72 819 nəfəri, yəni 89, 35%-i sağalıb. Xəstələrdən 3274 nəfəri vəfat etdiyi üçün, hazırda Çində 5403 nəfər xəstə qalıb ki,  bu da İtaliya, ABŞ, İspaniya, Almaniya. İran, Fransa, Cənubi Koreya, İsveçrə və Böyük Britaniyada olduğundan azdır.

Sağalanların sayına görə, ikinci yerdə İran gəlir. Bu ölkədə virusa yoluxmuş 23 049 nəfərdən 8 376 nəfəri, yəni 36,34 %-i sağalıb. İran İslam respublikasında Kovid-19 virusundan 1812 nəfər vəfat edib. Hazırda ölkədə 12 861 nəfər xəstə var.

Üçüncü yerdə virusa yoluxma sayına görə Çini haqlayan İtaliya gəlir.  Burada 59 138 xəstədən 7 024 nəfəri, yəni 11,88%-i sağalıb. İtaliya pandemiyadan ölənlərin sayına görə liderdir – virus qurbanlarının sayı 5476 nəfərə çatıb. Hazırda ölkədə 46 638 xəstə var – dünya üzrə yeni koronavirusa yoluxanların beşdə biri İtaliyanın payına düşür.

İspaniyada 3355 (33089 xəstənin 10%-i), Cənubi Koreyada 3166 (8961 xəstənin 35,33%-i), Fransada 2200 nəfər (16257 xəstənin 13,53%-i) xəstəlikdən sağalıb.

Bundan sonra ölkələr üzrə sağalan xəstələrin statistikası kəskin şəkildə azalır. Yeddinci yerdə Belçika gəlir – 3743 xəstədən 350 nəfəri (9,35%) sağalıb. Səkkizinci yerdə gələn Almaniyada xəstələrin cəmi 1%-i, yəni 266 220 xəstədən 266 nəfəri sağalıb. Yaponiyada 1101 xəstədən 235 nəfəri, yəni 21,35%-i sağalıb. Sağalanların sayına görə onuncy yerdə Bəhreyn gəlir – 337 xəstədən 160 nəfəri şəfa tapıb (faizlə hesabladıqda Bəhreynin göstəricisi yüksəkdir – 47,5%).

Ən qorxunc vəziyyət ABŞ-dadır. Burada 35 225 xəstədən heç biri sağalmayıb, üstəlik, 471 nəfər epidemiyadan ölüb.

Rusiyada 438 xəstədən 16 nəfəri, yəni 3,65%-i sağalıb.

Ümumilikdə dünyada hazırda 233738 nəfər Kovid-19 virusundan əziyyət çəkir, pandemiyadan ölüm faizi 4,4% təşkil edir.

Hurriyyet.org