Koronavirusdan vəfat edən jurnalistin telefonu xəstəxanada itib

138

Koronavirusdan vəfat edən jurnalist Əmrah Fəqanoğlunun telefonu müalicə aldığı “Yeni klinika”da itib. Hurriyyet.org xəbər verir ki, bu barədə jurnalistin oğlu Kənan Fəqanoğlu məlumat verib: “17 iyul 2020 ci il tarixdən 28 iyul 2020 ci il tarixə qədər özünə təhvil verdiyim Əmrah Fəqanoğluna məxsus olan telefon müalicə aldığı “Yeni Klinika” tərəfindən ailəsi və yaxınlarına təhvil verilməyib və oğurlanıb, itib adı altında məlumat verilib. Bu cür məsuliyyətsizlik və mənəvi dəyəri olan şəxsi əşyanın qaytarılmaması yolverilməzdir”.

Xatırladaq ki, virus səbəbi ilə son günlər vəziyyəti ağırlaşan jurnalistin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki,  əvvəl Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri olan Əmrah Fəqanoğlu son olaraq İctimai televiziyanın Xəbərlər departamentində böyük redaktor işləyirdi.

Hurriyyet.org