Koronavirusdan ölən Xalq artistinin dəfnində 30-dan çox insan iştirak edib? – RƏSMİ AÇIQLAMA – FOTO

138

Koronavirusdan dünyasını dəyişmiş Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayevin dəfn olunması ilə bağlı məlumat vermişdik. Lakin sözügedən dəfndə çəkildiyi iddia edilən foto KİV-də yayılıb və mərasimdə xeyli sayda (fotoda 30 nəfər olduğu görünür) insanın iştirak etdiyi müşahidə olunub. Bu da koronavirusun yayılma ehtimalını artırdığı üçün rəsmi şəkildə qadağan olunub.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirdi ki, bu sırf vətəndaş məsuliyyətindən asılıdır və buna TƏBİB nəzarət etmir:
“Mən görmüşəm o fotonu. Meyit morqdan veriləndə, biz tərəfdən yox, tibbi-ekspertiza anatomiya birliyi tərəfindən, onlara izah olunur ki, nə şəkildə dəfn olunmalıdır. Çünki TƏBİB-in tibb işçiləri üçün rəhbərliyi var. Daha az sayda adam getməlidir, dəfndə yalnız onlar iştirak etməlidir, ondan sonra qayıdılmalıdır evə. Əgər həqiqətən də o foto o dəfn mərasimindən çəkilibsə, insanların o şəkildə yığışması sırf vətəndaş məsuliyyətinə aid olan bir şeydir və buna TƏBİB nəzarət etmir. İcra hakimiyyəti orqanları nəzarət edir”.