Koronavirusa yoluxan vətəndaşlarımızın yaşları açıqlandı

    3

    Azərbaycanda koronavirus aşkarlanan şəxslərin təvəllüdləri məlum olub.

    Hurriyyet.org-un report-a istinadən xəbərinə görə, 17.06.1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşı fevralın 26-da xəstəxanaya daxil olub. Həmin şəxs 1 gün Tehranda, 3 gün isə Təbrizdə səfərdə olub.

    Digər 29.04.1998-ci il təvəllüdlü şəxs də fevralın 26-da xəstəxanaya daxil olub və Qum şəhərindən gəlib.

    Xatırladaq ki, Azərbaycanda koronavirus aşkarlanan ilk şəxs 1997-ci il təvəllüdlüdür. O, Rusiya vətəndaşıdır.