Koronavirusa görə çempionat DAYANDIRILDI

3

İsveçrə Futbol Federasiyası koronavirus təhlükəsi ilə əlaqədar olaraq futbol yarışlarının dayandırılması barədə qərar qəbul edib.

Qərara əsasən, Superliqa da daxil olmaqla, bütün futbol turnirlərində oyunlar martın 23-nə qədər təxirə salınıb.

Qeyd edək ki, İsveçrədə koronavirus təhlükəsi ilə əlaqədar bütün kütləvi tədbirlər ləğv olunub. \\Teleqraf.com