Koronavirusa yoluxub sağalanlara peyvənd vurulmayacaq – TƏBİB

396
Yanvar ayından Azərbaycanda ilk dəfə koronavirusa qarşı vaksinasiyaya başlanılır.
 
Vaksinin kimə, necə vurulması vaksin istehsalçısının tövsiyələrindən asılıdır.

TƏBİB rəsmisi son 6 ayda koronavirusa yoluxub sağalmış şəxslərə birinci mərhələdə vaksin olunmayacağını açıqlayıb.
Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev isə bildirib ki, koronavirusdan sağalan şəxsin yoluxmasından 4-5 ay keçibsə, onun vaksinasiya olunmasına ehtiyac yoxdur:
“Bir çox ölkələrdə koronavirusa yoluxanlar vaksinasiya olunmurlar. Onların vaksinasiyası ikinci mərhələdə düşünülür”. \\Medicina