Koronavirusa yoluxmuş sabiq deputatı Bakıdan Türkiyəyə APARIBLAR

42

“Hazırda müalicələrim davam edir. Ümid edirəm ki, tezliklə sağalacam”.

Hurriyyet.org xəbər verir ki, bu fikirləri modern.az-a sabiq deputat Mirzəcan Xəlilov deyib.

Sabiq deputat koronavirus xəstəliyini ağır keçirdiyini də bildirib:

“Xəstəliyi bir qədər ağır keçirirəm. Koronavirus xəstəliyi aşkarlananda Tibb Universitetinin klinikasına yerləşdirilmişdim. Ancaq səhhətimdə irəliləyiş olmadığından Türkiyəyə aparılmağı məsləhət gördülər. Hələ ki burda müalicə alıram”.

Qeyd edək ki, M.Xəlilov 2015-2020-ci illərdə 41 saylı Sumqayıt birinci seçki dairəsindən V çağırış Milli Məclisin üzvü olub.