Koronavirusa yoluxmuş icra başçısının müavini vəfat etdi

75

Samux Rayon İcra Hakimiyyəti başçısının yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan müavini Qəzənfər Əliyev vəfat edib.

Hurriyyet.org xəbər verir ki, bu barədə report-a onun müalicə edildi Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Piriyev məlumat verib.

O bildirib ki, icra başçısının müavini ötən gecə vəfat edib:“Edilən müalicələrə baxmayaraq gecə saat 01:45-də dünyasını dəyişdi”.