Koronavirusa yoluxma pik həddə – “Belə getsə ölümlərin sayı çoxalacaq”

102

Dünyada və Azərbaycanda koronavirusa yoluxma halları artıq pik həddə çatıb.  Yazını hazırladığımız zaman COVİD 19-a ümumilikdə  50 milyon 752 mindən çox adamın yoluxduğu bildirilirdi. Virusdan indiyədək 1 milyon 262 mindən çox xəstə ölüb.

Asiyada 14 433 282, Şimali Amerikada 12 223 431, Avropada 12 184 689, Cənubi Amerikada 9 997 913, Afrikada isə 1 893 631 nəfərdə virus aşkarlanıb.

Virusa yoluxma sayına görə ilk üçlükdə olan dövlətlər ABŞ (10 288 480 nəfər), Hindistan (8 553 864 nəfər) və Braziliyadır ( 5 664 115nəfər).

Sərhəd qonşularımız Rusiyada 1 796 132, İranda 682 486, Türkiyədə
394 255, Ermənistanda 107 466, Gürcüstanda isə 60 680 nəfərdə koronavirus müəyyən edilib.

Azərbaycanda isə  koronavirusa yoluxan 65 411 nəfərdən 840 nəfəri ölüb, 48 908 nəfər sağalıb. Noyabrın 8-i ölkəmizdə rekord sayda- 1663 koronavirusa yoluxma faktı qeydə alınıb, 16 nəfər isə vəfat edib.

Göründüyü kimi, yoluxanlar da, ölümlərin sayı da artmaqdadır. Ön cəbhədə erməni faşistləri ilə vuruşuruqsa, arxa cəbhədə də koronavirus mənfi nəticələr göstərir.

Bəs nə etməli, yoluxma sayında bu artımın qarşısı alınmasa nə kimi təhlükə ilə qarşılaşa bilərik? Bu və digər suallarla bağlı ekspertlərə müraciət etdik.

“Operativ Qərargah real situasiyanı araşdıraraq qərar verməlidir”

Həkim Adil Qeybulla koronavirusun yayılmasına səbəb olan avtobuslardakı  sıxlıqda BNA-nı ittiham etdi - VİDEO | KONKRET

Bizimlə söhbətdə həkim-ekspert Adil Qeybulla bildirib ki, ölkədə yaranan bu vəziyyətin qarşısı alınmasza, ölüm sayları daha da artacaq:

“Karantin davranışlarını gözləmir, qaydalara əməl etmirlərsə, axırı da ölümlə qurtaracaq. Bu qədər təbliğat aparılır, deyilir, amma xeyri yoxdur. Axı bununla məşğul olmaq üçün dövlət Operativ Qərargah yaradıb ki,  bununla bağlı tədbirlər görsün. Bunun yolları araşdırılmalıdır. Belə olmaz axı?! Dünyada necə tədbirlər aparılırsa, hansı yolla gedirsə, biz də onu tətbiq etməliyik”.

Ekspert qeyd edib ki, dünyada lazım olanda karantin qaydaları daha da sərtləşdirilir: “Orda insanlar da əməl edirlər. Dünənki tədbiri mən başa düşürəm, böyük qələbəmizdir. Amma bu o demək deyil ki, maskasız qışqıra-qışqıra çöllərdə, qorunmadan, məsafə saxlamadan toplaşmalıyıq. Bunların hamısı yoluxma sayına təsir edir. Siz bilirsiniz heç, rayonlarda nə səviyyədə yoluxmalar var. Ailələrin əksəriyyəti xəstəxanada yatırlar. Ona görə biz həm də koronavirusla  mübarizə aparmalıyıq. Bu da bizim mübarizə apardığımız ikinci cəbhədir. Eyni zamanda, Operativ Qərargah təcili olaraq real situasiyanı araşdıraraq qərar verməlidir”.

“Karantin hərbi vəziyyətlə qarışıb, məsələ olduqca kritikdir”

COVİD-19 yayılır, əsgərlər təhlükədə - karantin şərtləri sərtləşdirilməlimi?

Millət vəkili Fazil Mustafa da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “Mütəxəssislər yoluxma sayının artmasını payız fəsli ilə bağlı olduğunu qeyd edirlər. Havanın, temperaturun  dəyişməsi xəstəliyin sayını artırır. Təbii ki, burda fərdi məsuliyyətdən də söhbət gedir. İnsanlar, xüsusilə bu cür hərbi əməliyyatların getdiyi vaxtda, ölkəmizdə müəyyən dərəcədə dəyişikliklərin baş verdiyi vaxtda ordunun zəfərini nəzərə alaraq daha məsuliyyətli olmalıdırlar. Anlamalıdırlar ki, burda hər hansı neqativ proses ön cəbhədə döyüşən orduya zərər vurur. Buna yol verməmək üçün hamılıqla fədakarlıq etməyi bacarmalıyıq. Ümid edək ki, insanlar bu istiqamətdə müəyyən düşüncələrində dəyişiklik yaradacaqlar. Ən azı özlərinə aid ola biləcək kiçik qoruma tədbirərini həyata keçirəcəklər. Mən özüm də həm çevrəmdə, həm də başqa yerlərdə insanlarda arxayınlaşma görürəm. Yayda bir qorxu var idi, amma indi adamlar bu məsələni taleyin ümidinə buraxıblar. Kimə deyirsən görüşmək olmaz. Görürsən gəlir görüşür. Təmas olmaz deyirsən, əksinə daha çox toplaşırlar. Ona görə bunun izahını tapmaq çox çətindir. Amma yenə də cəmiyyətimizin savadlı, məsuliyyətli insanları bu istiqamətdə ictimai qınağı gücləndirməlidirlər. Burda ictimai qınaqdan başqa mexanizm işləmir. Çünki cərimələr effektini vermədi. Qərar vermişik, amma bununla bağlı xüsusi tələb də qoymaq olmur. Çünki karantin vəziyyəti hərbi vəziyyətə qarışıb. Ona görə də vəziyyət olduqca kritikdir”.

Zahid Oruc “Günün millət vəkili” elan olundu… – EtikXəbər

Millət vəkili Zahid Oruc da  “Yeni Müsavat”a bildirib ki, bir sıra dünya ölkələrində ikinci dalğanın olması ehtimallarını nəzərə alaraq təzədən müxtəlif sərtləşdirmə, məhdudlaşdırma tədbirləri həyata keçirilib: “Görünür, bu tendensiya konkret olaraq bir ölkə üçün nəzərdə tutulmur. Bu artıq ümumi bir hadisədir. Ona görə də pandemik xarakter daşıyır. Ancaq bütövlükdə ölkə miqyasında karantin rejiminə keçmə, yenidən e.gov.az-dan icazə üsuluna keçilməsini açığını deyim, gözləmirəm. Artıq insanlarımızda bir tərəfdən bu aylar ərzində yetərincə ictimai, milli intizam yaranıb. İkincisi, biz iki cəbhədə savaş apardığımızın fərqindəyik. İnsanlar yaxşı başa düşürlər ki, arxa cəbhədə intizam, soyuqanlılıq, bir-birinə mənəvi həyanlıq, hərə öz səngərində millətin müqəddəs savaşını bölüşməsi  həm də koronavirusa qarşı mübarizənin nəticələrindən asılıdır. Axı hər birimizə bəllidir ki, silahlı əməliyyatlara görə bir tərəfdən itgilərimiz, o biri yandan da yaralılarımız var. Avtomatik olaraq o xəstəxanalarda pasient kütləsini yaradır. Bu yetərincə həkimlərimizin fədakarlığını tələb edir. Məhz ona görə də onları ağ ordu adlandırırlar. Həqiqətən də bu gün həkimlərimiz də eyni dərəcədə müharibədə iştirak edirlər. Əgər biz qaydalara əməl etməməklə hər hansı bir şəkildə dalğanın yaranmasına təsir edəcəyiksə, bu avtomatik olaraq düşmənin xeyrinə işləyəcək. Əslində bu gün ölkədə bir milli ideal, bir çağırış, bir istək var. Düşmən  üzərində qələbə üçün hər kəs töhvə verməlidir. Bu da özünə, yaxın ətrafına olan münasibətdir. Əminəm ki, bu nəzarətdə saxlanılacaq”.

Afaq MİRAYİQ
“Yeni Müsavat”