Koronavirusa yoluxma ilə bağlı 2 YENİ XƏBƏR. Çox təəccüblənəcəksiniz! – VİDEO

300

Koronavirus alimlərə yeni və yeni sürprizlər bəxş edir. Tanınmış ukraynalı həkim Yevgeniy Komarovskiy öz youtube kanalında koronavirusa yoluxma ilə bağlı çox maraqlı 2 yeni xəbər təqdim edib.

Belə ki, həkimin sözlərinə görə, koronavirusla yoluxma ilə bağlı indiyə kimi düz bildiyimiz bir çox şeylər əslində səhv çıxıb. Son araşdırmalar göstərib ki, koronavirus hissəcikləri səthlərdə uzun müddət ərzində qala bilsə də bu səthlərə toxunmaqla koronavirusa yoluxmaq riski olduqca azdır. COVID-19-a əsas yoluxma yolu hava-damcı yoldur. Bunları nəzərə alaraq yolları xüsusi məhlullarla yumaq, bütün səthləri sanitayzerlərlə təmizləmək kimi tədbirlər əslində azeffektlidir.

Digər yeni fakt ondan ibarətdir ki, koronavirusa yoluxmuş, lakin xəstəliyin heç bir əlamətini özündə hiss etməyən insan bu əlamətlər üzə çıxmamışdan 2 gün əvvəl (!) ətrafdakıları yoluxdura bilir. Yəni insan hələ özünü xəstə hiss etmir, lakin artıq o, ətrafdakılara virus ötürə bilir. Əslində bu koronavirusla bağlı  ən pis xəbər sayıla bilər. Hamı xəstəlik əlamətləri olan, asqıran və ya öskürən insanlardan uzaqda durmağa çalışır. Lakin indi məlum olur ki, əslində sağlam kimi görünən insanlar daha təhlükəli ola bilər.

Həkim bildirib ki, bu təhlükəni azaltmağın yeganə yolu qapalı, pis havalandırılan və çoxlu insanlar olan yerlərdən (nəqliyat, xəstəxana və s.) mümkün qədər uzaq olmaqdır. Açıq havada virus tez yayılır və onun havada olan konsentrasiyası az olur. Belə az konsentrasiyada olan virus orqanizmə düşsə belə insan ya heç xəstələnməyəcək, ya da xəstəliyi gizli və ya çox yüngül formada keçirəcək. Qapalı və xüsusilə də pis havalandırılan yerlərdə virusun konsentrasiyası yüksək ola bilər və bu halda insanın ağır xəstələnmək riski də artır. \\Saglamolun