Koronavirusa yoluxanların sayı 5,5 milyonu keçdi – 2 milyondan çox xəstə sağalıb

18

Hurriyyet.org xəbər verir ki, Worldometers.info saytının məlumatına görə, bu günə kimi dünyada yeni tipli koronovirusa 5 503 804 yoluxma halı qeydə alınıb. Yoluxanlardan 2 303 719 nəfəri xəstəlikdən sağalıb, 346  775 nəfərin isə həyatını xilas eləmək mümkün olmayıb. Hazırda dünyada 2 853 310 aktiv koronavirus xəstəsi var.

ABŞ-da virusdan ölənlərin sayı 100 minə çatmaqdadır

Koronavirusa yolxuma və ölüm statistikasına görə ABŞ hazırda dünyada birinci yerdədir. Birləşmiş Ştatlarda indiyə qədər 1 686 436 yoluxma,  99 300 ölüm, 451 702 sağalma halı qeydə alınıb. Hazırda ABŞ-da 1 135 434 nəfər aktiv xəstə var.

Hurriyyet.org