Koronavirusa yaxalanan Donald Tramp heç bir səlahiyyətini Maykl Pensə ötürmək fikrində deyil

69

Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya koronavirusa yoluxub.

Buna görə də onun vəzifəsinin vitse-prezident Maykl Pens tərəfindən icra olunması məsələsi ortaya çıxıb.

Lakin gələn xəbərlərə görə, Birləşmiş Ştatların dövlət başçısı bununla bağlı heç bir yetkisini öz müavininə ötürmək niyyətinə deiyl.

Musavat.com xarici agenltikərə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat xidmətinin rəhbərinin müavini Cadd Lir də təsdiqləyib.

“Yox”-deyə Cadd Lirin jurnalistin bu barədə verdiyi cavab qısa və qəti olub. O, başqa şərhlər verməkdən də boyun qaçırıb.

Qeyd edək ki, Tramp cütlüyndən əlavə prezidentin müşaviri, onları hər səfərdə müşayiət edən Houp Hiks də koronavirusa yoluxub.