Koronavirusa tutulduğu mətbuata sızmışdı – Kadırov barəsində SON MƏLUMAT

57

Hurriyyet.org xəbər verir ki, koronavirusla əlaqədar xəstəxanaya aparılmış Çeçenistan prezidenti Ramzan Kadırovun Moskvada olduğu irəli sürülüb.  Onun Moskvadakı xəstəxanalardan birində müalicə olunduğu iddia edilir. Səhiyyə sahəsində işləyən bir mənbə “Sputnik” agentliyinə müsahibəsində bu xəbəri verib.

Bundan əvvəl isə mətbuata Kadırovun yeni tipli koronavirusa yoluxduğu xəbərləri sızmışdı. Lakin Kadırovun köməkçisi mətbuatda çıxan xəbərlərin əsassız olduğunu, Çeçenistan prezidentinin Kovid-19 infeksiyası ilə mübarizə mərkəzinin işinə şəxsən nəzarət elədiyini bildirmişdi.

Hurriyyet.org