Koronavirusa qarşı immunitetin yaranma xüsusiyyətləri AÇIQLANDI

48

Berlindəki “Charite” klinikasının virusoloqu Kristian Drosten yeni növ koronavirusa qarşı immunitetin xüsusiyyətlərini ortaya qoyub.

Alim bu barədə NDR kanalına açıqlamasında məlumat verib.

Məlum olub ki, əvvəllər hər hansı bir koronavirusa yoluxan insanlar COVID-19-a qarşı immunitetə malikdirlər. Onun sözlərinə görə, T hüceyrələrinin yeni koronavirusa qarşı reaktivliyi sınaqdan keçirilib. Xəstəliyi keçirməyən xəstələr də müayinə edilib.

“Xəstələrin 34 faizində SARS-CoV-2 ilə heç vaxt təmasda olmadıqlarına baxmayaraq, reaktiv T hüceyrələri aşkar edilib” , – deyə Drosten bildirib.

Virusoloqun sözlərinə görə, klinikanın laboratoriyasında aparılan araşdırmalar göstərib ki, soyuqdəyməyə səbəb olan bir sıra koronaviruslar COVID-19 ilə “oxşar üzvlərə” malikdir. Bundan əlavə, onlar “müəyyən dərəcədə” həm soyuqdəyməyə səbəb olan koronaviruslara, həm də SARS-CoV-2-yə qarşı müqavimət göstərən T hüceyrələrini stimullaşdıra bilərlər.

Drosten eyni zamanda qeyd edib ki, xəstəliyin çox bilinməyən halları mövcuddur. Bu da əhalinin müəyyən bir hissəsində digər növ koronavirusların xəstəliyi nəticəsində yaranan immunitetin olması ilə izah edilə bilər.

Xatırladaq ki, bundan əvvəl Boston Uşaq Xəstəxanası və ABŞ-da Massaçusetts Texnologiya İnstitutunun alimləri bədənin əsas müdafiə sistemlərindən birinin infeksiyaya qarşı təsirsiz olduğunu və əksinə, xəstəliyin yaranmasına səbəb olduğunu müəyyən etmişdi. Vücudu virusdan qorumaqda iştirak edən interferonun ACE2 ifrazını stimullaşdırması, virusun hüceyrəyə nüfuz etməsi üçün yeni fürsətlər verməsi də müəyyən edilmişdi. \\Publika