Koronavirus Omana da adladı

3

Hurriyyet.org xəbər verir ki, Oman ölkəsində İrandan gələn iki nəfərdə koronavirus aşkar edilib.

Omanın Səhiyyə Nazirliyinin ölkənin dövlət televiziyasında səsləndirilən açıqlamasında virusa yoluxan iki nəfərin karantin altına alındığını və vəziyyətlərinin sabit olduğu bildirilib.

Açıqlamada bunun, Omanda ilk Kovid-19 yoluxma halları kimi qeydə alındığı da deyilib.

Xəbərdə İran ilə Oman arasındakı bütün mülki təyyarə reyslərinin hələlik ləğv edildiyi də bildirilib.

Hurriyyet.org