Koronavirus İraqa da keçdi

12

Hurriyyet.org xəbər verir ki, İraqda yeni tipli korona virusuna yoluxma halı Nəcəf şəhərindəki bir iranlı tələbədə aşkar edilib. Bununla da korona virusunun ayaq açdığı ölkələrin sayı 31-ə çatıb.

İraq Sərhəd Keçid İdarəsinin yazılı açıqlamasında yeni tipli korona virusuna (Kovid-16) yoluxma hallarının qarşısının alınması üçün iranlıların ölkəyə daxil olmasına qadağanın 15 gün də uzadılacağı bildirilib. İraq İrana getmək və oradan qayıtmaq üçün bütün təyyarə səfərlərini ləğv eləmişdi.

Hurriyyet.org