Koronavirus Həcc ziyarətinin keçirilməsinə əngəl ola bilər. “Vəziyyət dəqiqləşənə qədər gözləməliyik…”

51

Hurriyyet.org xəbər verir ki, Səudiyyə Ərəbistanının Həcc və ümrə naziri Məhəmməd Salih ibn Tahir Benten dünya ölkələrini Həcc müqavilələrini imzalamaq məsələsində koronavirusla bağlı vəziyyətin dəqiqləşməsini gözləməyə çağırıb.

Nazir bu açıqlamanı “Əl-İxbariyyə” kanalına müsahibəsində verib.

Benten umrə vizası alıb, ölkəyə gələ bilməyənlərin pullarının geri qaytarılacağını da söyləyib.

Hurriyyet.org