Koronavirus ABŞ ordusuna da keçdi!

6

Hurriyyet.org xəbər verir ki, ABŞ koronavirus epidemiyasının İtaliyanın şimalından Avropanın bir çox ölkəsinə sıçramasının qarşısının alına bilməyəcəyini bildirib. Çin və Cənubi Koreyada 500 yeni yoluxma halı qeydə alınıb və yoluxanlardan birinin Cənubi Koreyada xidmət edən ABŞ hərbçisi olduğu bildirilib.

Çindən xaricdə ən çox yoluxma halının olduğu Cənubi Koreyada 169 nəfər yeni xəstə qeydiyyata alınıb. Onlardan 134 nəfəri Daequ şəhərindəndir və onların şəhər kilsəsində yoluxduqları iddia edilir.

Hurriyyet.org