Koronavirus xəstəsi yaşadığı ünvanı tərk edib

264

Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində koronavirus pandemiyasına yoluxan rayon sakini Əbdüləli Nərimanov karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk edərək xəstəliyin yayılması üçün real təhlükə yaratdığı müəyyən olunub.

Həmin şəxs rayon ərazisində aşkar olunub və yaşadığı ünvana geri qaytarılıb. Beyləqan RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.