“Koronavirus testlərinin aparılması ilə bağlı unikal sistem yaradılıb” – Oqtay Şirəliyev, VİDEO

36

“Azərbaycanda 11 infeksiyaya qarşı peyvəndlər olunur. Ölkəmizdə koronavirus testlərinin aparılması ilə bağlı da çox unikal sistem yaradılıb”.

Bunu Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişinin qonağı olan  Səhiyyə naziri Oqtay Şirəliyev bildirib.

O.Şirəliyev ölkə səhiyyəsinin vəziyyəti, peyvəndlənmə, koronavirus pandemiyası dövründə görülən işlərdən söz açıb:

“Bizdə dəqiq və çevik addımlar atıldı ki, koronavirusun geniş yayılmasının qarşısını ala bildik, xəstəliyin öhdəsindən gəldik. Atılan addımların, önləyici tədbirlərin nəticəsini indi görürük. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da, Azərbaycanın koronavirusla mübarizə sahəsində gördüyü işləri müsbət qiymətləndirib”. \\Modern.az