“Koronavirus neft erasının sonunu sürətləndirdi” – FƏRHAD MEHDİYEV

60

“Möhtərəmlər 92 markalı benzinin qiymətini çox yox, 20 faiz azaltsaydı, neftin xalqın sərvəti olduğuna inancımız artardı”

“Hal-hazırda neft yeni texnoloji inqilabı əngəlləyir. Necə? Məsələn, təyyarə turbinləri (motorları) neftdən əldə olunan yanacaqla işləyir, bu da onlarda sürət məhdudiyyəti gətirdiyi kimi, oksigenlə işlədiyinə görə hündürlük məhdudiyyəti gətirir, quş və ildırım kimi faktorlara həssaslıq yaradır, havanı çirkləndirir”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyevə məxsusdur.

Sıx-sıx istifadə etdiyimiz plastikin neft məhsulu olduğunu xatırladan professorun sözlərinə görə, o atıldıqda təbii şərtlərdə günəş işığı görmədən ultrizasiya olmur: “Ona başqa bir əvəzedici tapmaq lazımdır. Avtomobil haqda düşündüyünüz hər şey – sürətindən tutmuş, tormoz məsafəsi, döngələrdə aşma dərəcəsi, yerindən götürmə, təhlükəsizlik (ağırlıq/at gücü) – hamısı daxili yanacaq mühərrikinə bağlı bir şeydir. Evinizin altında elektrik stansiyası ola bilər, bunu da əngəlləyən elektrik stansiyalarında isifadə olunan dizel yanacağıdır. Kömür erası bitdiyi kimi, koronavirus neft erasının sonunu da sürətləndirdi. Bu ərsədə möhtərəmlər 92 markalı benzinin qiymətini çox yox, 20 faiz azaltsaydı, neftin xalqın sərvəti olduğuna inancımız artardı”.

Vazeh BƏHRAMOĞLU