Koronavirus mutasiyaya uğrayıb. Daha əvvəlki qədər ölümcül deyil!

84

 

Hurriyyet.org xəbər verir ki, yeni tipli koronavirus epidemiyasının yayılma sürətinin artması ilə yanaşı, öldürücülük qabiliyyətinin azaldığı aşkar olunub. Sinqapurun Beynəlxalq Epidemiologiya Xəstəlikləri Təşkilatının başçısı Paul Tambyah deyib: “Virusun daha çox yoluxucu, lakin daha az ölümcül olmasını müsbət dəyişiklik hesab edə bilərik”.

Alim Çində peyda olmuş, SARS-a oxşar yeni tipli koronavirusun mutasiyaya uğramasından danışıb. D614G adlandırılmış yeni mutasiya başda Avropa və Amerika qitələri olmaqla, dünya miqyasında ən çox yayılmış Kovid-19 növüdür.

Araşdırmaçılar erkən dövrdə baş vermiş bu mutasiya səbəbindən Kovid-19-un yayılma sürətinin dördqat artdığını bildirmişdilər.

Paul Tambyahın fikrincə bu mutasiyanın müsbət nəticəsi olub. Tambyah faktların bəzi bölgələrdə D614G mutasiyasının daha az ölümlə nəticələndiyini göstərdiyini bildirib.