Koronavirus mutasiyaya uğradı: “Xəstələndirmir” – Şad xəbər

120

Araşdırmaçılar mutasiya nəticəsində əmələ gələn yeni növ koronavirusun Avropadan ABŞ-a yayıldığına dair faktlar əldə edib. Bu mutasiya ilə virusun yoluxdurma gücü artsa da, xəstələndirmə təsiri azalıb.

G614 adı verilən yeni mutasiyanın bu gün Avropa və ABŞ-da yayılan ilk növ olan D614-ün yerini tam aldığı bildirilir.

Araşdırmanın aparıldığı Los Alamos Milli Laboratoriyasının yaydığı açıqlamada bildirilib: “Qlobal müşahidələrdən sonra əldə etdiyimiz məlumata əsasən, deyə bilərik ki, G614 növü D614-dən daha sürətlə yayılır. Bu, virusun daha yoluxucu olacağı deməkdir. Amma G614-ün xəstələndirmə gücünə dair dəlillər tapmadıq”.

 

İngiltərədəki Varvik Universitetinin professor Lavrens Yonq bunun yaxşı xəbər olduğunu deyib.
Yonq mutasiya uğramış koronavirusun xəstəlik yaratmadığını iddia edib. \\Teleqraf