Koronavirus müalicəsində bunlar qanaxmaya səbəb olur – Həkim açıqladı

219
71 saylı Moskva xəstəxanasının baş həkimi Aleksandr Myasnikov koronavirusa yoluxan xəstələrin evdə özlərini müalicə edərkən yol verdiyi səhvləri açıqlayıb.Rusiya mətbuatına istinadən xəbər verir ki, həkim xüsusi dərmanların, xüsusən də xlorokinin yalnız bir həkim təyin etdiyi təqdirdə istifadə edilə biləcəyinə diqqət çəkib. Onun sözlərinə görə, Covid-19 antibiotiklərlə müalicə olunmamalıdır. İnfeksiyaya qarşı mübarizədə bu dərman qrupu kömək edə bilməz, xəstənin müqavimət göstərməsi ehtimalı böyük olduğundan, bu, gələcəkdə problemlərə yol aça bilər:
“Qan durulaşdırıcı dərmanları qəbul etməməlisiniz – bunlar yalnız vəziyyəti ağır kimi qiymətləndirilən az sayda yoluxmuş insanlara həkim nəzarəti ilə təyin olunur. Bu dərmanları alaraq evdə özünə iynə vuran insanlar artıq xəstəxanalara kovid diaqnozu ilə deyil, beyin qanamaları və ya mədə-bağırsaq qanamaları ilə müraciət edirlər”, – Myasnikov Telegram kanalındakı bir mesajında izah edib.
Sonda o, parasetamolun hərarəti azaltmağa kömək edəcəyini, interferon, sink preparatları ilə birlikdə C və D vitaminlərinin də köməkçi maddə olaraq istifadə edilə biləcəyini söyləyib. \\Publika.az