Koronavirus daha bir ölkədə çempionatı DAYANDIRDI

48

Tacikistanda bütün daxili yarışlar koronavirus pandemiyası səbəbindən müvəqqəti olaraq dayandırılıb.

Bu barədə yerli futbol federasiyasının rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, liqalar hökumətin əhalinin sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədilə ictimai və idman tədbirlərinə qadağa qoymasından sonra təxirə salınıb.

Buna baxmayaraq, çempionatın IV turunun sabaha planlaşdırılan bütün görüşləri baş tutacaq.

Xatırladaq ki, Tacikistan çempionatı koronavirus pandemiyasına baxmayaraq dünyada davam edən nadir liqalardan biri idi. \\Report