“Korona”dan sağalanlardan 90 gün uzaq olaq” xəbərdarlığına reaksiya

87

Rusiyanın baş sanitar həkiminin fikrincə, yoluxdurma müddəti uzanır və sağalan virusu burnundan xaric edir, Azərbaycanın baş infeksionisti isə noyabrda yoluxmanın artacağını gözləyir

Rusiyanın baş sanitar həkimi Anna Popova qorxunc proqnoz verib. Onun iddiasına görə, koronavirusa yoluxub sağalan şəxs hələ 90 gün başqalarını yoluxdura bilər. Popova deyib ki, getdikcə yoluxdurma müddəti uzanır: “Müşahidələrimiz göstərir ki, 48 gündən 90 günə kimi yoluxduruculuq təhlükəsi qalır. Hətta xəstə heç bir əlamətləri olmasa da, qan analizləri yaxşı olsa da, burnundan virus xaric edir. Ona görə xəstələr sağaldıqdan sonra da uzun müddət qapalı yerlərdə insanlara yaxın olmamalı, maska taxmalı və arxayınlaşmamalıdırlar”.

Həkim Vasif İsmayıl “Yeni Müsavat”a bildirdi ki, rusiyalı həkimin sözlərinin heç bir elmi əsaslandırması yoxdur. Onun fikrincə, bu xəstəlik maksimum 21 gün qalır və sağalan şəxs dərhal cəmiyyətə qoşula, həyata adaptasiya ola bilər.  “Bu fikir onun ağlına haradan gəlib?

Vasif İsmayıl,PhD, Uzm. - Uroloq Androloq (T , U , V) - HƏKİMLƏR

Vasif İsmayıl

Mən digər elmi məqalələrdə belə fikirlə rastlaşmamışam. Bir fikir irəli sürəndə fakt ortaya qoymalısan. Ona görə danışmaqla olmaz, elmi əsaslandırma olmalıdır”.

Baş infeksionist koronavirusla bağlı: "Hazırda bu viruslara qarşı  təsiredici preparat yoxdur" - BBC News Azərbaycanca

Cəlal İsayev

Azərbaycanın baş infeksionisti Cəlal İsayev isə Lent.Az-a deyib ki, noyabrda koronavirusa yoluxanların sayının artması gözləniləndir. Onun fikrincə, buna səbəb növbəti aylarda respirator virus infeksiyalarının baş vermə hallarının artması olacaq: “Sözügedən infeksiyaların artması koronavirusun da artmasına gətirib çıxara bilər. İki virusun yanaşı olması isə xəstəliyin daha ağır gedişlə müşahidə edilməsinə səbəb ola bilər”.

Baş infeksionist qeyd edib ki, yoluxma sayının çoxalması və ya azalması birbaşa insanlarla əlaqəlidir. C.İsayevin sözlərinə görə, istərsə ən sərt, istərsə də hazırkı yumşalmalarla olan karantin tədbirlərində insanlar diqqətli olmasalar nəticə dəyişməyəcək: “Biz karantin tədbirlərinə maksimum riayət etməliyik. Maskaların taxılması, sosial məsafələrin gözlənilməsi, sıx yerlərdə toplaşmağın qarşısının alınması, əllərin tez-tez yuyulması və s. tədbirlərə əməl etsək, yoluxma sayı çox az olacaq. Bunlara əməl etməsək, ən sərt karantin rejiminin belə faydası olmayacaq.

İnsanlardan bir daha xahiş edirəm ki, karantin tələblərinə riayət etsinlər. Özlərini və ətraflarını qorusunlar ki, həyatımız normal hala qayıtsın”.

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası Radiologiya şöbəsinin müdiri, dosent Rasim Bayramov Teleqraf.com-a bildirib ki, uşaq məktəbdən evə qayıdanda onun virusa yoluxduğunu heç kim hiss etməyəcək: “Böyüklərdə simptomlar hiss edilir. Amma uşaqlarda bunu müşahidə etmək olmur. Virusa yoluxmuş uşaqla, yoluxmamış uşaq arasında heç bir fərq, əks effekt yoxdur. Belə olan halda uşaqların virusu evə daşıma riski daha yüksək olur”.

Həkim əlavə edib ki, qaydalara əməl etməklə bütün sferalarda fəaliyyəti bərpa etmək mümkündür: “Virusun nə vaxta qədər davam edəcəyi ilə bağlı proqnoz yoxdur. Bunlara baxmayaraq, qaydalara riayət etməklə heç də virusdan qorxmaq lazım deyil. Artıq 7 peyvənd növü FAZ-3 mərhələsindədir. Yəni peyvəndin artıq 30 mindən artıq insan üzərində nümunəsi də həyata keçirilib. Rusiyanın hazırladığı peyvəndin nəticələri ilə bağlı da müsbət fikirlər var. Çox güman ki, 2021-ci ilin yanvar ayından peyvəndin kütləvi istehsalına başlanılacaq. Amma dünya əhalisini tam təmin edəcək sayda peyvəndin hazırlanması ilə bağlı da fikirlər söyləmək düzgün olmaz”.

Medicina.az - “24 saatlıq əməliyyatdan sonra xəstəni itirdik” - Rəşad  Mahmudov

Rəşad Mahmudov

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru Rəşad Mahmudov “APAralel” verilişində söyləyib ki, virusun növbəti davranışının necə olacağı da bəlli deyil: “Buna görə ehtiyatlı olmalıyıq. Amma biz əvvəlki qədər qorxub evlərə bağlanmayacağıq. Çünki dünyanın artıq bir təcrübəsi var”.

Qeyd edək ki, koronavirusla bağlı klinik sınaqlarda 30 namizəd peyvənd var və bunlardan 9-u üçüncü mərhələ klinik sınaqdadır. Bunu dünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyindən bildiriblər. Nümayəndəlikdən deyilib ki, bir peyvəndin təhlükəsiz və effektiv olub-olmadığını aşkar etməzdən öncə üçüncü mərhələdəki sınaqlardan əldə edilən məlumatlara ehtiyac var. “Bəzi namizəd peyvəndlərdən bu məlumatların 2020-ci ilin sonunda və ya növbəti ilin əvvəlində əldə ediləcəyini gözləyirik. Düşünürük ki, nə qədər çox namizəd peyvənd olarsa, müvəffəqiyyət üçün bir o qədər çox imkan yaranar.

Peyvənd üzərində iş gözləniləndən də sürətlə davam edir. 11 yanvar tarixində çinli tədqiqatçılar virusun genetik ardıcıllığını açıqlayandan sonra peyvənd üzərində iş başlayıb.

ÜST yanvar ayından etibarən bu tədqiqatlara cəlb olunub. Klinik sınaqlar hazırda sınaqdan keçirilən peyvəndlərin təhlükəsiz və effektiv olduğunu göstərərsə, peyvəndlərin 2021-ci ilin ortalarında ölkələrə çatdırılacağını gözləyirik” – vurğulanıb.

Emil SALAMOĞLU
“Yeni Müsavat”