Korona yalnız sağlamlıq problemi deyil… – Ərdoğan

54

COVİD-19 yalnız sağlamlıq problemi deyil, eyni zamanda, siyasi, iqtisadi və sosial sahələr üçün də qlobal sınağa çevrilib.

Bunu Avropa Birliyi (AB) Komissiyasının yeni növ koronavirusla mübarizəyə həsr olunmuş tədbirinə qatıla bilməyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Peyvəndin hazırlanmasında Türkiyənin ÜST-ə maliyyə dəstəyi göstərəcəyini deyən Ərdoğan bunun üçün müəyyən ediləcək məbləği mayın 23-nə qədər açıqlayacaqlarını qeyd edib.\\Axar