Koreyalı müğənni “Dağlar qızı Reyhan” oxudu – VİDEO

42

Koreyalı xanım müğənni Joey Youngmi Azərbaycan mahnısı “Dağlar qızı Reyhan”ı öz dilində təqdim ifa edib.

Hurriyyet.org xəbər verir ki, mahnıya klip çəkdirən müğənni bu ifasını dünya şöhrətli müğənni Rəşid Behbudovun xatirəsinə həsr edib.

Qeyd edək ki, 1959-cu ildə Azərbaycan bəstəkarı Fikrət Əmirov tərəfindən yazılan “Dağlar qızı Reyhan” mahnısının ilk ifaçısı Rəşid Behbudov olub.

/Azərtac/