KOREYA PREZİDENTİ TÜRKCƏ MESAJ PAYLAŞDI: “İKİ QARDAŞ ÖLKƏYİK”

    6

    Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Seula rəsmi səfərindən sonra Cənubi Koreya prezidenti Mun Çje İn “Tvitter”sosial şəbəkəsində türk dilində mesaj paylaşıb, Türkiyə ilə Cənubi Koreyanın qardaş ölkələr olduğunu vurğulayaraq, prezident Ərdoğana cansağlığı arzulayıb.

    Mun Çje İn @moonriver365 adlı rəsmi hesabında yazıb: “Dövlət səfəri edən prezident Ərdoğan ilə gözəl bir görüş keçirdim. Türkiyə ilə Koreya bir-birindən uzaqda olsa da yaxın duyğular paylaşan qardaş ölkələrdir. İki qardaş ölkənin əbədi inkişaf edəcəyinə ümid edir və prezident Ərdoğana cansağlığı arzulayıram. @RT_Erdogan”.

    Hurriyyet.org