Konsulluğun tullantı qutusundan çıxdı, tibbi ekspertizaya göndərildi

    12

    Hurriyyet.org xəbər verir ki, oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olduqdan sonra yoxa çıxan səudiyyəli müxalifətçi jurnalist Camal Kaşıkçının qətlə yetirilməsi ilə bağlı araşdırma aparan əməkdaşların 16 oktyabr tarixində tullantı qutusunda şalvar və köynək parçaları, həmçinin, doğranmış sənədlər tapdıqları bəlli olub.

    Köynək və şalvar bioloji material əldə edilməsi üçünməhkəmə tibbi ekspertizasına göndərilib. Laboratoriya araşdırması nəticəsində həmin paltarların kimə məxsus olduğu müəyyənləşdiriləcək.

    Həmin tullantı konteynerində tapılan kabellər, açarlar və didilmiş sənəd parçaları da kriminal araşdıraya təqdim edilib.

    Hurriyyet.org