70 yaşlı siyasətçi prezidentliyə namizəd..

    3

    Konstitusiya tərəfindən nəzərdə tutulmuş qaydada parlamentin aşağı və yuxarı palataları prezident postuna bir namizəd irəli sürürlər. Daha bir namizədi Myanmanın Silahlı Qüvvələri təklif edir. Qələbə qazanan sadə səs çoxluğu ilə müəyyən edilir. Məğlub olan iki nəfər vitse-prezident vəzifəsini alırlar. Ölkənin yeni rəhbəri vəzifəsinə 1 aprel tarixində başlaya bilər: məhz bu zaman hal-hazırki prezident Teyn Seynin səlahiyyətləri sona yetir. Hələ də məlum deyil ki, Myanma parlamentinin deputatları bu gün prezidentliyə namizədlərin xeyrinə mi səs verəcəklər, yoxsa fasilə edəcəklər. Bu məsələ bu gün parlamentin birgə sessiyasında həll olunacağı gözlənilir.