Konqresin binasına hücum fonunda Ağ Evdə istefa dalğası başlandı

384

Hurriyyet.org xəbər verir ki, ABŞ-da Prezident Donald Trampın tərəfdarlarının Konqresin binasına hücum edilməsindən sonra Ağ Evdə istefa dalğası başlanıb. Bu hadisələrdən sonra 3 nəfər vəzifəsindən çıxdığını bildirib.

ABŞ-ın birinci xanımı Melaniya Trampın aparatanın rəhbəri və Ağ Evin keçmiş mətbuat kativi Stefani Qrişem, Ağ evin mətbuat katibinin müavini Sara Mettyus və protokol məsələləri üzrə katib Rikki Niseta vəzifələrindən istefa veriblər.