Konfederasiya prezidentinin oğluna vəzifə verildi – NAZİRDƏN ƏMR

    18

    Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Dövlət Məşğulluq Xidmətinə yeni rəis təyin edib.

    Hurriyyet.org unikal.org-a istinadən xəbər verir ki, Sahil Babayevin müvafiq əmri ilə, Fuad Məmməd oğlu Musayev Dövlət Məşğulluq Xidmətinin rəisi vəzifəsinə təyinat alıb. O, bu təyinata qədər həmin xidmətdə rəis müavini işləyib.

    Sözügedən xəbəri Dövlət Məşğulluq Xidmətindən təsdiqləyiblər.

    Qeyd edək ki, Fuad Musayev Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin oğludur.