Kolumbiya prezidentinə qarşı sui-qəsd HAZIRLANIR

81

Kolumbiya hüquq-mühafizə orqanları iki xarici vətəndaşın Kolumbiya prezidenti İvan Dukenə qarşı sui-qəsd törətməyə hazırlaşması barədə məlumat alıb.

Bu barədə ölkə radiostansiyası “Ere-se-ene” bildirib.

Bildirilib ki, hal-hazırda dövlət qurumları prezidentin qorunması və həyatına edilən hər hansı bir qəsdin qarşısının alınması üçün tədbirlər hazırlayır.

 

Radiostansiyanın verdiyi məlumata görə, hərbçilər və polis yüksək hazırlıq vəziyyətinə gətirilib. \\Trend