Köhnə kruiz gəmisi üzən yaşayış yerinə çevrilir

51

“P&O Cruises Avustralia”nın köhnə “Pasific Dawn” adlı kruiz gəmisi üzən yaşayış yerinə çevriləcək. “Seanews.az” xəbər verir ki, sözügedən yaşayış evi Panama Körfəzində lövbər atmış vəziyyətdə dayanacaq.

Gəminin yaşayış yerinə çevrilməsini “Ocean Builders” adlı bir şirkət həyata keçirəcək. Artıq bununla bağlı tərəflər arasında razılaşma əldə olunub.