“Ermənistandakı rejimin taleyi Dağlıq Qarabağdakı vəziyyətdən asılıdır”

    6

    Köçəryan-Sarkisyan “Qarabağ klanı”nın siyasi rejimi üçün qumarsayağı böyük risk variantı da var: Dağlıq Qarabağdakı erməni hərbçiləri tammiqyaslı hücuma keçirlər. Lakin onların təşkilat, idarə, məntiq, silahlanma, şəxsi heyətin təşkili, hərbi rəislərinin peşəkar təfəkkürü və bir sara parametrlər üzrə Ukrayna silahlı qüvvələrinə oxşarlığı bu tədbirin müvəffəqiyyətinə dərin şübhələr yaradır. Onu demək kifayətdir ki, son onilliklərdə Dağlıq Qarabağın silahlı qüvvələri yalnız Azərbaycanın hücumlarını dəf etmək istiqamətində təlimlər keçmiş, özlərinin necə hücum edəcəklərini isə məşq etməmişlər. Erməni qərargahlarında belə planlar cızılacağı təqdirdə də silahlı qüvvələr onların döyüş meydaında həyata keçirilməsinə hazır deyillər. Hücumdakı istənilən uğursuzluq isə ikinci ssenariyə gətirib çıxaracaq”.