Koçaryan həbsdə qaldı – Məhkəmə qərarı

    12

    Ermənistanda hakim Anna Danibekyanın sədrliyi ilə keçirilən məhkəmə prosesində eks-prezident Robert Koçaryanın həbsdə qalması barədə qərar çıxarılıb.

    Müvafiq qərar bu gün birinci instansiya məhkəməsi tərəfindən qəbul edilib.

    "Məhkəmə həbsdən dərhal azad edilməsi barədə ərizəni rədd etmək qərarına gəldi. Qərardan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər", – deyə Anna Danibekyan bildirib.

    Xatırladaq ki, eks-prezident Robert Koçaryan 2008-ci ilin 1 mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində Ermənistanın konstitusiya quruluşunu devirməkdə təqsirli bilinir./azvision.az/