Köçəryan Gəncəni atəşə tutmaq əmrinə görə Paşinyanı ittiham elədi

120

Hurriyyet.org xəbər verir ki, tanınmış erməni bloger Tiqran Köçəryan öz bloqunda Ermənistanın Baş naziri Nikol Paşinyanı Gəncəni atəşə tutmaq əmrini verdiyinə görə ittiham edib.

Köçəryan qeyd edib ki, Rusiya artıq Ermənistanı dəstəkləmir. O, ölkə rəhbərliyinin yalan məlumat yayaraq Xankəndində rusiyalı hərbçilərin olduğu barədə informasiya yaydığını diqqətə çatdırıb. Köçəryan öz mənbələrinə əsaslanaraq, bunun dezinformasiya olduğunu bildirib.

Bloger Dağlıq Qarabağın cənub cəbhəsində – Füzuli-Cəbrayıl istiqamətində ermənilərin tam məğlub olduğunu təsdiqləyib, yaralıların çoxunun onları daşımaq üçün nəqliyyat olmadığından həyatlarını itirdiklərini, cəbhənin şimal istiqamətində (Ağdərə istiqaməti) isə muzdluların Azərbaycanın artilleriya zərbələrinə davam gətirə bilməyərək qaçmağa məcbur olduqlarını bildirib.