Kobi Brayantın həlak olduğu təyyarənin pilotu Ara Zobayan olub

21

Hurriyyet.org xəbər verir ki, “Fox 5” telekanalının bu gün yaydığı informasiyada MBA-nın əfsanəsinin ölümünün səbəbkarının pilot Ara Zobayan olduğu bildirilir. O, faciə baş verən zaman vertolyotun sükanı arxasında olub.

Zobayanı tanıyanlar onun yaxşı polit və vertolyot idarəsi təlimçisi olduğunu söyləyiblər.

Zobayan da Kobi Brayanat, onun 13 yaşlı qızı və daha altı sərnişin ilə birlikdə Kaliforniyada həlak olub. Qəzanın səbəbi hələlik bəlli deyil. Xilasedicilər dərhal hadisə yerinə gəlsələr də, heç kimin sağ qalmadığını görüblər. Şahidlər  qəzaya bir neçə dəqiqə qalmış vertolyotun mühərrikinin səsinin kəsildiyini eşidiblər.

Brayant basketbol tarixinin ən yaxşı oyunçularından biri hesab edilirdi.

41 yaşlı basketbolçu bütün karyerası ərzində “Leykers” komandasında oynayıb. 2016-cı ilin aprelində peşəkar idmanı tərk edib. Brayant 20 il ərzində beş dəfə çempion titulunu və iki dəfə ABŞ millisinin heyətində Olimpiya oyunlarının qızıl medalını qazanıb. O, bütün ulduzların görüşündə dörd dəfə (“ən dəyərli oyunçu”) MVP titulunu qazanıb.

Hurriyyet.org