Kobenin ölümü səkkiz il əvvəl proqnozlaşdırılıb – ŞOK

15

Ötən gecə helikopter qəzasında ölən əfsanəvi basketbolçu Kobi Brayantla bağlı şok tvit yayımlanıb.

Hurriyyet.org Oxu.az-a istinadən xəbər verir ki, “Noso” adlı Tvitter istifadəçisinin 2012-ci il noyabrın 13-də yayımlanan tvitdə Kobinin qəzada öləcəyi bildirilib:

“Kobi helikopter qəzasında həyatını itirəcək”, – tvitdə bildirilib.

O zaman Kobinin fanatları bu tvitə sərt reaksiya vermiş və istifadəçidən paylaşımı silməyini istəmişdi.

Qeyd edək ki, qəza zamanı Kobi ilə yanaşı, 13 yaşlı qızı, dostu, onun atası və pilot həlak olub. Hadisənin səbəbləri araşdırılır.