Klublarımız xaricdə toplanışdan imtina etdi

333

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən bütün klublar təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanmayacaq. “Hürriyyət” xəbər verir ki, son olaraq “Sumqayıt” və “Keşlə”nin hazırlıq prosesi ilə bağı seçimi bəlli olub. Onlar da digər 6 komanda kimi pandemiya ilə bağlı vəziyyəti nəzərə alaraq, ölkə xaricinə yollanmaqdan imtina ediblər.

Klublar yay təlim-toplanışı üçün də eyni qərarı vermişdilər. Premyer Liqa təmsilçiləri hazırlıq proseslərini ölkə daxilində – Qəbələdə keçirmişdilər. Bu dəfə isə toplanışın Bakıda olacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında XIII tur dekabrın 24-də gerçəkləşəcək. Çempionatda yanvarın 21-dək fasilə olacaq. Daha əvvəl “Qarabağ”, “Neftçi”, “Sumqayıt”, “Səbail”, “Zirə” və “Qəbələ” ölkə xaricinə yollanmayacaqlarını bəyan ediblər.