Kiyevdə rusiyalı diplomat belə təhqir olundu – VİDEO

    15

    Ukrayna C14 qrupunun radikalları Rusiyanın Kiyevdəki Rusiya Əməkdaşlıq Təşkilatının rəhbəri Konstantin Vorobyovu “zelyonka” və nəcisə bulayıblar.

    Hurriyyet.org-un xəbərinə görə, rusiyalı diplomat bu gün Qələbə bayramı münasibətiylə müharibədə həlak olanların xatirəsinə ucaldılan abidənin qarşısına gül qoymağa gedirmiş. Bu dəmdə diplomat evinin yanında onun gözləyən 8 radikalın hücumuna məruz qalıb. Onlar Vorobyovun üzünə və üst-başına “zelyonka” atıblar.

    Baş verənlərə münasibətini bildirən diplomat “həyatımda ilk dəfədir ki, önəmli günü- “Qələbə bayramı”nı dostlarım və həmkarlarımla layiqincə qeyd edə bilmirəm” deyib.

    Az sonra radikallar olayın video və fotolarını sosial şəbəkədə yayıblar.

    Hurriyyet.org

    Картинки по запросу В Киеве радикалы облили главу Россотрудничества зелёнкой и фекалиями