Kiyevdə ABŞ və Türkiyə səfirliklərinin partladılacağı barədə yalan məlumat verən erməninı altı illik həbs gözləyir

42

Kiyevdə ABŞ və Türkiyə səfirliklərinin binalarına bomba yerləşdirilməsi barədə yalan məlumat verən 46 yaşlı Ermənistan vətəndaşının 6 il müddətinə azadlıqdan məhrum ediləcəyi gözlənilir.

AZƏRTAC xəbər bu barədə Kiyev Şəhər Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Ermənistan vətəndaşı avqustun 1-də “qaynar xətt”ə zəng edərək ABŞ və Türkiyə səfirliklərinin minalanması barədə yalan məlumat verib. Yoxlamalar zamanı səfirliklərdə hər hansı minalanma faktı aşkarlanmayıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində yalan məlumat verən şəxs aşkarlanaraq saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.