Kiyevə göndərilməyən deputatın QİSAS KAMPANİYASI: Diplomat niyə və kimin hədəfindədir? – VİDEO

129

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovaya qarşı aparılan qarayaxma kampaniyası xeyli intensivləşib.

Elmira Axundovanın Ukraynaya səfir təyin olunmasından cəmi 7 ay keçməsinə baxmayaraq, mediada onun əleyhinə aparılan kampaniyanın səngiməməsi bu işin arxasında maraqlı tərəflərin olduğunu söyləməyə əsas yaradır.

Elmira Axundova haqqında aparılan qarayaxma kampaniyasının arxasında Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, deputat Rüfət Quliyev durur.

Məlumata görə, Rüfət Quliyev Ukraynaya səfir təyin edilməsini arzulasa da, ölkə rəhbərliyi bu vəzifə üçün Elmira Axundovanı daha münasib sayıb.

Diplomatik xidmətə keçid arzusunun baş tutmamasına görə Elmira Axundovanı günahkar görən Rüfət Quliyevin səfiri gözdən salmaq üçün mətbuatda ona qarşı kampaniya təşkil etdiyi bildirilir. \\Yenicag