KİV: Co Bayden prezident seçkilərində QALİB GƏLİB

63

ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden seçkilərdə qalib gəlib.

Bu barədə Report CNN, NBC və AP-yə istinadən xəbər verir.

Agentliklərin məlumatına görə, Bayden qələbə üçün lazım olan 270 səsi toplayıb.

Proqnoz Pensilvaniya üzrə yeni məlumatlar fonunda yenilənib. Qeyd edilir ki, Bayden səs fərqində Respublikaçılar Partiyasının namizədi Donald Trampı üstələyib.

Qeyd edək ki, Pensilvaniyada və bəzi ştatlarda səslərin hesablanması rəsmi olaraq başa çatmayıb.