Dünyada qəribə məlumatlar çoxdur. Hər dəfə də qarşımıza çıxdıqca oxuyub heyrətə gəlirik.
Qəribə və qeyri-adi məlumatları bir yerə toplayaraq oxucularına təqdim edirik:
– Dünyaca məşhur rəssam Pablo Pikasso pulsuz qaldığı gənclik günlərində çəkdiyi şəkilləri yandıraraq isinirmiş.
– Albert Eynşteyn doqquz yaşına qədər düz danışa bilməmişdi.
– Amerikada hər saatda 40 adam xərçəngdən həyatini itirir.
– Bir şüşə qırıldığında parçalanan hissələr saatda üç min millik ( 1 mil-1.6 km-dir) sürətlə ətrafa saçılır.
– Amerikanın 35-ci prezidenti Con Kennedi 20 dəqiqədə 4 qəzet oxuya bilirdi.
– Tarix boyu yer üzündə tapılan qızıldan 200 dəfə daha çoxu okeanlarda saxlanılır.
– Amerika hava yolları uçuşlarda sərnişinlərə hazırladığı naharlarda hər nimçədən bir zeytunu götürərək 1987-ci ildə 40 min dollar qazanc əldə edib.
– Açıq gecədə adi gözlə iki min fərqli ulduzu görmək mümkündür.
– ABŞ-da yaşları 20 ilə 29 arasında olan zənci kişilərin üçdə biri ya həbsdə, ya da nəzarətdə saxlanılır.
– Amerikada satışa təqdim edilən ilk CD Bruce springsteen-in “Born en Theusa” albomudur.
– Bir insan həyatı boyu iki üzmə hovuzunu dolduracaq qədər tüpürcək ifraz edər.
– Atların insanlardan 18 dənə çox sümüyü vardır.
– Avstraliyadakı tualetlərin sifon suları saat istiqamətində axar.
– Ayı yuvalarının girişləri hər zaman şimala baxar.
– Bayquş mavi rəngi görə bilən tək quşdur.
– Bethoven musiqi bəstələməzdən əvvəl başını soyuq suya soxardı.
– Bir Big Mac hamburgerin çörəyində ortalama 178 ədəd küncüt var.
– Bir dəvəquşunun gözü beynindən böyükdür.
– 18 Fevral 1979-cu ildə Afrika səhrasına qar yağmışdı.
– Bir kişi həyatının ortalama 3350 saatını üz qırxmaq üçün sərf edər. \\Veteninfo