Kipr – Azərbaycan oyununda ikinci hissə BAŞLADI

99

UEFA Millətlər Liqasının II turunda keçirilən Kipr – Azərbaycan oyununda ikinci hissə start götürüb.

Yığma ilk yarıdan sonra 1:0 hesabı ilə öndədir.

Matçda yeganə qolu 29-cu dəqiqədə kapitan Maksim Medvedev vurub.\\Report

23:30

UEFA Millətlər Liqasının II turunda keçirilən Kipr – Azərbaycan oyununda ilk hissə başa çatıb.

Azərbaycan millisi fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb. \\Report

23:15

UEFA Millətlər Liqasının II turunda keçirilən Kipr – Azərbaycan oyununda hesab açılıb.

Yığmanın kapitanı Maksim Medvedev 29-cu dəqiqədə komandasını önə keçirib. \\Report

22:45

UEFA Millətlər Liqasının II turunda keçirilən Kipr – Azərbaycan oyunu start götürüb.

Nikosiyadakı GSP stadionunda oynanılan matç Bakı vaxtı ilə 22:45-də başlayıb.

Qeyd edək ki, Canni De Byazinin baş məşqçisi olduğu milli komanda ilk turda Bakıda Lüksemburq seçməsinə 1:2 hesabı ilə uduzub. \\Report